Modern.az

Kommunistlərin Moskva meri vəzifəsinə namizədi açıqlandı

Kommunistlərin Moskva meri vəzifəsinə namizədi açıqlandı

18 İyun 2013, 11:00

Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi sədrinin 1-ci müavini İvan Melnikov Kommunist Partiyasının Moskva merliyinə namizədi kimi irəli sürülüb.
Modern.az bildirir ki, bu barədə məlumatı Kommunist Partiyasının Moskva şəhər Komitəsinin 1-ci katibi Valeriy Raşkin öz twitter səhifəsində yerləşdirib.
”Rusiya Kommunist Partiyası bazar ertəsi günü şəhər konfransı keçirdi. Konfransda Moskva merliyinə namizəd seçildi. İvan İvanoviç Melnikov Rusiya Kommunist Partiyasının Moskva merliyinə namizədidir”-deyə Raşkin yazıb.

  Mərkəzi Komitənin katibi Sergey Obuhov isə öz bloqunda qeyd edib ki, Melnikovun namizədliyinin leyhinə 85, əleyhinə isə 7 nəfər səs verib. Xatırladaq ki, Prezident Vladimir Putinin 5 iyun tarixli fərmanı ilə Sergey Sobyanin Moskva meri vəzifəsindən azad edilmişdi. Amma erkən seçkilərdə Sobyaninin də iştirak edəcəyi gözlənilir. Seçkilər 2013-cü ilin 8 sentyabrında keçiriləcək. Keçmiş mer Sobyanin seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama