Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirətdə yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şura sədri Rüstəm İbrahimbəyova dəstək verib.
Milli Məclisin sabiq sədri Modern.az-a açıqlamasında üzvü oldğu Milli Şura və müxalifətin vahid namizəd məsələsinə toxunub.
Bir müddət əvvəl mətbuata verdiyi açıqlamalarında prezident seçkilərində iştirak edəcəyini bəyan etmiş eks-spiker artıq Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini vurğulayaraq, namizədlikdən geri çəkildiyini bildirib.
“Milli Şuranın vahid namizədi barədə spekuliyasiyalar dolaşmaqdadır. Vahid namizəd Rüstəm İbrahimbəyov olmalıdır”-deyə R.Quliyev R.İbrahimbəyova dəstək verib.
Qeyd edək ki, Modern.az-ın bir neçə gün öncə verdiyi məlumata görə, R.İbrahimbəyov ABŞ-a səfəri zamanı Rəsul Quliyevlə görüşüb. Görüşdə Milli Şuranın perspektivi və vahid namizəd məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Anar RÜSTƏMOV