Modern.az

Yaşlı ər-arvadı qətlə yetirən şəxs tutuldu - YENİLƏNİB

Yaşlı ər-arvadı qətlə yetirən şəxs tutuldu - YENİLƏNİB

4 Aprel 2023, 18:46

Daşkəsən rayonunda ər və arvad qətlə yetirməkdə şübhəli bilinən, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mədənçilər qəsəbə sakini Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

***

18:17

 

Daşkəsəndə qətl törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.

 

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?