Modern.az

Sabah deputatın “Zəngəzur toponimləri” kitabının təqdimatıdır

Sabah deputatın “Zəngəzur toponimləri” kitabının təqdimatıdır

18 İyun 2013, 12:30

İyunun 19-da “Park İnn” otelin “Dan ulduzu” salonunda əslən Zəngəzurdan olan millət vəkili, şair Musa Urudun “Zəngəzur toponimləri” kitabının təqdimatı keçiriləcək.

Azərbaycan Respublikası Milli Məclisinin Toponomiya Komissiyasının üzvi şair-publisist Musa Urudun bu kitabı ən qədim və zəngin tarixə malik bölgələrdən biri olan Zəngəzurun yer-yurd adlarının tədqiqinə həsr edilib.

Bölgədəki 838 toponimin ətraflı izahı verilən kitabı müəllifin elmi-publisistik “Zəngəzur” kitabının ikinci hissəsi də hesab etmək olar.

Kitabda müasir eranın əvvəllərindən ta çağdaş günümüzə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xəritələr, habelə, yerli sakinlərin məlumatlaırı əsasında Zəngəzurdakı toponimlərin tarixi, etimologiyası, bölgənin mədəni-etnoqrafiik mənzərəsi ətraflı tədqiq edilib.

Qeyd edək ki “Zəngəzur toponimləri” Qərbi Azərbayacandan azərbaycanlıların deportasiya olunmasının 25 illiyinə təsadüf edir.

 

Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama