Modern.az

Milyarderlərin sayı azalıb - İlon Mask liderliyi əldən verdi

Milyarderlərin sayı azalıb - İlon Mask liderliyi əldən verdi

5 Aprel 2023, 00:31

ABŞ-ın nüfuzlu “Forbes” jurnalı 37-ci dəfə "Milyarderlərin siyahısı"nı yayımlayıb.

 

Modern.az xəbər verir ki, bundan əvvəl dərc edilən siyahı ilə müqayisədə milyarderlərin sayı 28 nəfər azalıb və 2640 nəfərə çatıb.

 

Milyarderlərin sərvətində də azalma müşahidə edilib. Belə ki, onların sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.

 

Keçən il siyahıya liderlik edən "Twitter", "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask milyarderlər siyahısında 2-ci yerə düşüb. Maskın sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olub.

 

Lüks malları ilə məşhur olan LVMH şirkətinin sahibi, fransalı milyarder Bernard Arnault 211 milyard dollar sərvətlə siyahıya başçılıq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI