
Ukrayna xarici işlər naziri və ATƏT-in hazırki sədri Leonid Kojara Dağlıq-Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün iyunun 17-20-də Cənubi Qafqaza səfər edəcək.
Modern.az bildirir ki, bu barədə xəbəri Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeniy Perebiynis keçirdiyi brifinqdə açıqlayıb.
Kojara iyunun 17-dən 18-dək Azərbaycana, iyunun 18-dən 19-dək Gürcüstana, 19-20 iyun tarixlərində isə Ermənistana səfər edəcək. Səfər zamanı Kojara Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbəri statusunda qeyd olunan ölkələrin prezidentləri və siyasi partiya rəhbərləri ilə ATƏT-in bölgədəki aktual sahələr üzrə fəaliyyəti müzakirə ediləcək. Leonid Kojara həmçinin Dağlıq-Qarabağ münaqişəsini, Cenevrə diskussiyalarının gedişatını, ATƏT-in Azərbaycan və Ermənisyandakı ofislərinin fəaliyyətini müzakirə edəcək.
Modern.az