“Türkiyədə Gəzi Parkı hadisələri ilə bağlı həbs edilmiş xarici vətəndaşlar arasında azərbaycanlılar yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov deyib. O, qeyd edib ki, həbs edilənlər arasında azərbaycanlıların olması barədə səfirliyə heç bir məlumat daxil olmayıb. “Çox şükür ki, Gəzi Parkı hadisələri ilə bağlı nə yaralanan, nə ölən, nə həbs edilən azərbaycanlı yoxdur”, – deyə E. Salmanov vurğualyıb. Qeyd edək ki, İstanbulda, Ankarada və Əskişəhərdə bu günə qədər keçirilmiş aksiyalarda 27 nəfər xarici ölkə vətəndaşı gözaltına alınıb.
Aytən ƏLİYEVA