Ukrayna prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Polşa paytaxtı Varşavadakı Prezident Sarayına gəlib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, onları Polşa prezidenti Anjey Duda və xanımı qarşılayıb.
***
10:28
Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfər edib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Polşa Prezident Ofisinin Beynəlxalq Siyasət İdarəsinin rəhbəri Martsin Pşidaç təsdiqləyib.
Məlumata görə, bu, prezidentin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk rəsmi səfəridir.
Bildirilib ki, Zelenski polşalı həmkarı Anjey Duda, eləcə də nazirlərlə görüşəcək.