Modern.az

İstanbulda Gəzi olayları ilə bağlı həbslər aparılıb

İstanbulda Gəzi olayları ilə bağlı həbslər aparılıb

18 İyun 2013, 13:17

İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları təyin edilən ünvanlarda xüsusi əməliyyat keçirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gəzi olayları ilə əlaqədar aparılan istintaq çərçivəsində əməliyyat keçirilən əməliyyatda çox sayda şəxs həbs olunub. Basqın olunan ünvanlar arasında “Atılım” qəzeti və “Etkin” Xəbər Agentliyi də var. Analoji əməliyyatın paytaxt Ankarada da baş tutub.

Xatırladaq ki, bir müddət öncə İstanbulun Taksim meydanında Gəzi parkının sökülməsi əleyhinə aksiyalar başlayıb. Ekoloji tələblərlə başlayan etirazlar artıq nəzarətdən çıxıb. Aksiyaların miqyası böyüyür və hadisələr səngimək bilmir. Hakimiyyət nümayəndələri isə bütün baş verənlərdə marginal qrupların əli olduğunu vurğulayır. Qeyd edək ki, İstanbulda bu gün sabah saatlarında keçirilən əməliyyat zamanı həmin marginal qrup üzvlərinin həbs olunduğu ehtimal olunur.   Aqşin KƏRİMOV  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama