Modern.az

Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

İqtisadiyyat

5 Aprel 2023, 10:44

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 fevral 2008-ci il tarixli sərəncamında dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Komissiyanın həmsədri vəzifəsi kənd təsərrüfatı nazirindən alınaraq ekologiya və təbii sərvətlər nazirinə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI