Modern.az

Kahramanmaraşda daha bir ZƏLZƏLƏ

Kahramanmaraşda daha bir ZƏLZƏLƏ

Dünya

5 Aprel 2023, 10:58

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI