Modern.az

İran XİN-dən AÇIQLAMA: “Xarici siyasətimiz dəyişməz qalacaq”

İran XİN-dən AÇIQLAMA: “Xarici siyasətimiz dəyişməz qalacaq”

Təhsil

18 İyun 2013, 13:24

“İran xarici siyasətini dəyişməz üsullar və dəyərlər üzərində qurur”. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İrakçi yeni seçilən prezidentin başqa dövlətlərlə quracağı  siyasi əlaqələrin perspektivini  şərh edərkən bildirib. O qeyd edib ki, İranın xarici siyasəti ali dini liderin bu istiqamətdə verdiyi bəyanatlarla müəyyənləşir. XİN rəsmisi onu da əlavə edib ki, əsas məsələ  İran xalqının hüquqlarının qorunması istiqamətində görüləcək işlərdir.

Xatırladaq ki, iyunun 14-də İranda keçirilən 11-ci dövr prezident seçkilərində islahatçı namizəd hesab olunan Həsən Ruhani qalib gəlib.  

Aqşin KƏRİMOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama