Modern.az

Liderlər Ukraynanı müzakirə edəcək - Prezident Pekindədir (VİDEO)

Liderlər Ukraynanı müzakirə edəcək - Prezident Pekindədir (VİDEO)

Dünya

5 Aprel 2023, 12:08

Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Tsinpinlə görüşmək üçün bu ölkəyə səfər edib.

 

Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, Fransa Çin liderinin Makronla görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenskini Ukrayna üzrə uzunmüddətli dialoqda iştirak etməyə çağıracağını gözləyir.

 

Makronu səfərdə Avropa Komissiyasının sədri Ursula von der Leyen müşayiət edir.

 

Ötən həftə Zelenski Makronla bir saat davam edən danışıqlar aparıb. Sülh formulu və növbəti beynəlxalq tədbirlər müzakirə edilib. Dünən isə Çin XİN rəsmi Pekinin Aİ ilə Ukraynadakı münaqişənin siyasi həllini müzakirə etməyə hazır olduğunu bəyan edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI