Nərimanov parkında istiraşət edənlər rahat şəkildə inrernetdən istifadə edə bilərlər. Bunu Bakcell şirkətinin təqdim etdiyi Wi-Fi İnternet Xidməti vasitəsilə reallaşdırmaq mümkündür. Parkda şirkətin Wi-Fi şəbəkəsinə daxil olmaqla internetin kifayət qədər sürətli olduğunu müəyyən etdik. Wi-Fi İnternet Xidmətiindən istifadə etməklə internetdə rahat işləmək, elektron poçtu yoxlamaq, sosial şəbəkələri izləmək mümkündür. Xatırladaq ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti şəhərində Wi-Fi İnternet Xidmətinin kommersiya istifadəsinə verildiyini elan edib. Şirkət Wi-Fi İnternet Xidmətini Bakının Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya parkı və “İçərişəhər” metrostansiyasının ətrafı, Fəvvarələr meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xaqani parkı, Sahil parkı və Dəmir Yolu Vağzalında göstərir. Bu xidmətdən bütün Bakcell abunəçiləri yararlana bilər. Wi-Fi paketini əldə etmək üçün balansınız aktiv vəziyyətdə olmalıdır. Qoşulmaq üçün göstərilən Wi-Fi əhatə ərazilərindən Bakcell Wi-Fi xidmətini, sonra isə əsas səhifədə müvafiq paketi seçin. İstədiyiniz paketin kodunu (1,2 və ya 3) 7600 qısa nömrəsinə göndərmək lazımdır. Parolunuz Sizə SMS vasitəsilə göndəriləcək. Wi-Fi xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub.
Aytən Əliyeva