Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Beliçkanın paytaxtı Brüsseldə keçirilib.
Məlumata görə, görüş zamanı İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses, iki ölkə arasında hərbi sənaye sahəsindəki əməkdaşlıq və digər məsələlər müzakirə olunub.