Modern.az

Xəstəxanaya yerləşdirilən Berluskoniyə diaqnoz qoyuldu - YENİLƏNİB

Xəstəxanaya yerləşdirilən Berluskoniyə diaqnoz qoyuldu - YENİLƏNİB

Dünya

6 Aprel 2023, 11:44

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə leykoz diaqnozu qoyulub.

 

Modern.az "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, o, xəstəliyin ağırlaşması - pnevmoniya və ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.

 

Bundan əvvəl 86 yaşlı sabiq baş nazirin ürək-damar xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

 

***

05.04.2023 / 14:52

 

İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin səhhəti yenidən pisləşib.

 

Modern.az "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, o, Milanda San Raffaele klinikasına yerləşdirilib.

 

Siyasətçi kompüter tomoqrafiyasından keçib. Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, ötən ay da Berluskoninin vəziyyəti ağırlaşmışdı. O, sonuncu dəfə martın 28-də xəstəxanada müalicə almışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI