Modern.az

Təhsil Nazirliyi TQDK-nın iradlarını nəzərə alacaq

Təhsil Nazirliyi TQDK-nın iradlarını nəzərə alacaq

18 İyun 2013, 14:22

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) I-V sinif dərsliklərinin monitorinqinin nəticələri növbəti dərsliklərin çapında nəzərə alınacaq”. Modern.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin yayadığı məlumatda qeyd edilir. Məlumatda bildirilir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının I-V sinif dərsliklərinin monitorinqinin nəticələri Təhsil Nazirliyinə təqdim edilib. Nazirlik həmin nəticələrlə tanış olub və baxılmaq üçün aidiyyəti nəşriyyat-poliqrafiya müəssisəsinə göndərib.

Məlumatda vurğulanıb ki, dərslik müəllifləri monitorinqin nəticələri ilə bağlı rəylərini Nazirliyə bildirib və bu rəylər TQDK-ya təqdim olunub. Qeyd edək ki, TQDK-nın monitorinqləri əsasında I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.  V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib, bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.   

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama