Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq dövlət qurumlarının iştirakı ilə ölkənin beynəlxalq imicinin müzakirəsini təşkil edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bununla bağlı xüsusi işçi qrupu yaradılıb.
Bildirilib ki, müxtəlif beynəlxalq hesabatlarda Ermənistana verilən qiymət, təkmilləşdirilməsi imkanları, habelə korrupsiya ilə mübarizə, biznes mühitinin yaxşılaşdırılması, insan hüquqlarının müdafiəsi, rəqəmsallaşma, kibertəhlükəsizlik, elm sahələrində aparılan islahatlar nəzərdən keçirilib.