Ana Vətən Partiyasında partiyaya yeni üzv qəbul edilmiş qadın və gənclərə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib. Vəsiqələri təqdim edən partiyanın sədri Fəzail Ağamalı onları partiya sıralarına qatılmaq münasibətilə təbrik edərək bu yolda onlara uğurlar arzuyıb. Əmin olduğunu bildirib ki, onlar da ölkənin ictimai siyasi həyatında, partiyanın gələcək fəaliyyətində yaxından iştirak edəcək və gördükləri işlərlə partiyanın rolunu daha da artıracaqlar.
AVP Mətbuat Xidməti Modern.az-a bildirib ki, F.Ağamalı dövlətin həyata keçirdiyi gənclər siyasətindən, onların dövlət siyasətində iştirakı üçün yaradılan imkanlardan bəhs edib.
Daha sonra fəallıqları ilə seçilən Sumqayıt şəhər, Zəngilan, Füzuli, Cəbrayıl, Sabunçu, Səbail, Xətai və Nizami rayon təşkilatlarının sədrlərinə xatirə hədiyyələri təqdim olunub.
Modern.az