Modern.az

Rusiya tərəfdaşlığa açıqdır - Putin ABŞ-a mesaj verdi

Rusiya tərəfdaşlığa açıqdır - Putin ABŞ-a mesaj verdi

Dünya

5 Aprel 2023, 16:48

"İndi dünyada vəziyyət sadə deyil, çoxlu ziddiyyətlər qalaqlanıb. Rusiya istisnasız olaraq bütün ölkələrlə konstruktiv tərəfdaşlığa açıqdır və özünü təcrid etmək fikrində deyil. Rusiya Federasiyasının heç bir ölkəyə qarşı qərəzli və ya düşmən niyyəti yoxdur. Biz balanslaşdırılmış çoxvektorlu xarici siyasəti fəal şəkildə həyata keçirəcəyik".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Ümid edirəm ki, Danimarka Rusiya Federasiyasının “Şimal axını”nda fövqəladə vəziyyətin səbəblərini aydınlaşdırmaq üçün komissiya yaratmaq təklifini dəstəkləyəcək. Rusiya Federasiyası ilə Norveç arasında ikitərəfli əlaqələr indi minimuma endirilib, bu, iki xalqın maraqlarına cavab vermir. Suriya Rusiya Federasiyasının etibarlı tərəfdaşı və müttəfiqidir. Rusiya Suriyaya zəlzələdən sonrakı bərpa işlərində, eləcə də ümumilikdə vəziyyətin normallaşdırılmasında yardımını davam etdirəcək. Rusiya Abxaziyanın (Gürcüstan ərazisində yaradılmış separatçı qurum - red.) da hərtərəfli inkişafı ilə bağlı öhdəliklərini yerinə yetirməyə davam edəcək", - deyə Putin söyləyib.

 

"Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər dərin böhran yaşayır. Vaşinqtonun rəngli inqilablardan istifadə etməsi və 2014-cü ildə Kiyevdə çevrilişi dəstəkləməsi Ukraynada bugünkü münaqişəyə gətirib çıxardı. Rusiya Federasiyası həmişə ABŞ ilə münasibətlərin bərabərlik və hörmət prinsipləri əsasında qurulmasının tərəfdarı olub və bundan sonra da davam edəcək. Vaşinqtonun 2014-cü ildə Kiyevdə dövlət çevrilişinə dəstək verməsi Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin korlanmasına səbəb oldu", - deyə Rusiya prezidenti bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI