Modern.az

Suriyalı qaçqın Almaniyada bələdiyyə sədri seçildi - İLK DƏFƏ

Suriyalı qaçqın Almaniyada bələdiyyə sədri seçildi - İLK DƏFƏ

Dünya

5 Aprel 2023, 17:03

Almaniyada yaşayan 29 yaşlı suriyalı qaçqın Rayyan Əl-Şəbl Ştutqart şəhəri yaxınlığındakı 2500 nəfər əhalisi olan Ostelşeym kəndinin bələdiyyə sədri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

"Bura azad ölkədir. Kim burada nəsə etməyə hazırdırsa, bunu etmək imkanı əldə edə bilər. Ailəm çox sevindi, həm də təəccübləndi", - 29 yaşlı gənc bildirib.

 

O, daha 2 namizədlə rəqabət apararaq 55.4% səslə bələdiyyə seçkilərində qalib gəlib. Rayyan Əl-Şəbl Almaniyada bələdiyyə sədri seçilən ilk suriyalı qaçqın kimi tarixə düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI