Hindistanda gəlinin keçmiş sevgilisi yeni evlənən cütlüyə toy hədiyyəsi olaraq içərisində bomba yerləşdirilən kino sistemi göndərib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, kino sistemini elektrikə qoşan zaman parlayıcı işə düşüb, bəy və gəlinin qardaşı ölüb.
Hadisə zamanı 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb. Partlayışın baş verdiyi otağın divarlarının və evin damının uçduğu bildirilir.
Polis hadisənin gəlinin keçmiş sevgilisi, 33 yaşlı Sarju Markam tərəfindən təşkil edildiyini açıqlayıb.