Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşüb.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə ölkələr arasında regional məsələlərdə və infrastruktur sahələrində əməkdaşlıq, eləcə də qonşuluq münasibətləri müzakirə olunub.
Tərəflər ölkələr arasında iqtisadi sahədə əlaqələr barədə də fikir mübadiləsi aparıb.