Modern.az

Ukraynanın NATO-ya üzvlüyü real deyil - XİN başçısı

Ukraynanın NATO-ya üzvlüyü real deyil - XİN başçısı

Dünya

5 Aprel 2023, 17:50

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın NATO-ya üzvlüyü barədə danışıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, məsələnin perspektivini şərh edib.

 

"Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq tamamilə qeyri-realdır”, - deyə Siyarto bildirib. O, həmçinin bəyan edib ki, Macarıstan NATO-nun bu hərbi alyansla Rusiya arasında birbaşa hərbi münaqişəyə səbəb ola biləcək heç bir qərarını dəstəkləməyəcək.

 

Qeyd edək ki, Macarıstan Serbiya ilə birlikdə Avropa İttifaqının ən Rusiyayönümlü ölkəsi hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI