Modern.az

Çin bunu etsə, tarixi səhvə yol verəcək 

Çin bunu etsə, tarixi səhvə yol verəcək 

Dünya

5 Aprel 2023, 17:57

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, əgər Çin Ukraynaya qarşı təcavüzkar müharibə aparmaq üçün Rusiyaya öldürücü silahlar versə, tarixi səhvə yol verəcək. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatı məlumat yayıb.

 

"Çin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini pisləməyib, Rusiya təbliğatını təkrarlayır, bu ölkənin iqtisadiyyatını gücləndirir. Çin və Rusiya Sakit okean regionunda da birgə hərbi fəaliyyətlər həyata keçirir. Müttəfiqlər açıq şəkildə bildirirlər ki, Çinin Rusiyaya hər hansı ölümcül yardım göstərməsi ağır nəticələr doğuracaq tarixi səhv olacaq", - Baş katib deyib

 

Stoltenberq qeyd edib ki, müttəfiqlər Çinin hərəkətlərini çox diqqətlə izləyirlər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI