Bakı-Salyan yolundakı qəzada həlak olanların sayı 4 nəfərə çatıb.
Modern.az xəbər verir ki, hadisə zamanı yaralanan 3 yaşlı uşaq xəstəxanaya aparılan zaman vəfat edib.
Məlumata görə, qəza nəticəsində daha 2 nəfər yaralanıb.
***
17:10
Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.
Hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.