Modern.az

Nazir müavini: “İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsi hazırlanır”

Nazir müavini: “İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsi hazırlanır”

18 İyun 2013, 15:54


“İnformasiya Texnologiyaları Universitetinin tikintisinin harada olacağına da baxılır”. Modern.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. O, bildirib ki, hazırda universitetin nizamnaməsi üzərində işlər gedir. E.Vəlizadənin sözlərinə görə, universitetin qəbul planı, tədris məsələləri üzərində iş aparılır.

  “İnformasiya Texnologiyaları Universitetinin ilə bağlı təşkilatı məsələlərə baxılır. Qəbul planı, tədris və digər məsələlər də həll edilir. Yəni universitetlə bağlı işlər gedir. Növbəti tədris ili üçün bütün işlər tezliklə bitəcək. Universitetin harada tikiləcəyinə də baxılır”.  

Qeyd edək ki, ölkə Prezidentinin sərəncamına uyğun olaraq İnformasiya Texnologiyaları Universiteti yaradılıb, Nazirlər Kabinetinə bu universitetin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.  Sərəncamda Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etmək və bu sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Sərəncamın imzalanmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etməkdir.  

Gültəkin ƏLƏSGƏR
   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama