Modern.az

ABŞ-dan Çini narahat edən növbəti ADDIM 

ABŞ-dan Çini narahat edən növbəti ADDIM 

Dünya

5 Aprel 2023, 23:16

ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bu həftənin sonunda Kaliforniyada Tayvan administrasiyasının rəhbəri Tsai İnq-ven ilə görüşəcək.

 

Modern.az ​​​​​​xəbər verir ki, bu barədə Makkartinin ofisi məlumat yayıb.

 

O, bazar ertəsi mətbuata açıqlamasında görüşün keçiriləcəyini təsdiqləmişdi. Görüş aprelin 5-də Kaliforniyadakı Ronald Reyqan Prezident Kitabxanasında baş tutacaq.

 

Qeyd edək ki, Çin dəfələrlə sərt cavab tədbirləri görəcəyini bildirərək görüşə qarşı çağırıb.

 

Xatırladaq ki, ötən il Makkartinin sələfi Nensi Pelosi Tayvana səfər edərək Çinin ciddi narazılığına səbəb olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI