2022-ci ildə dünyada ərzaq qiymətləri əvvəlki illə müqayisədə 18%, gübrə qiymətləri isə 63% artıb.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) çərşənbə günü dərc etdiyi hesabatda bildirilib.
Hesabatda qeyd olunur ki, ötən il taxılın qiyməti 21% artıb.
"Əkin sahələrinin azalması və gübrələrin baha olması məhsuldarlığın azalmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər", - deyə təşkilat xəbərdarlıq edib.