Modern.az

İyunun 21-dən Milli Məclis tətilə gedir

İyunun 21-dən Milli Məclis tətilə gedir

Parlament

18 İyun 2013, 16:26

Milli Məclisin növbəti iclasının vaxtı dəqiqləşib. Bu barədə Modern.az saytına açıqlama verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, parlamentin növbədənkənar sesisyanın növbəti iclası iyunun 21-də keçiriləcək. İclasın gündəliyinə 19 məsələ daxildir.

“Bunlardan çoxu hökümətlərarası sazişlərin, o cümlədən Azərbaycan-Rusiya birgə demokrasiya haqqında əsasnamənin təsdiq edilməsi və bir sıra qanunlara əlavə və dəyişiklərin edilməsidir. Cinayət Prosesusal Məclləyə, “Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında” Qanuna, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, “Yol hərəkatı haqqında” Qanuna, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna da əlavə və dəyişiklər nəzərdə tutulub”.  

Aytən Əliyeva
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...