Modern.az

Çin Tayvanı işğal etməyə hazırlaşır 

Çin Tayvanı işğal etməyə hazırlaşır 

Dünya

6 Aprel 2023, 13:42

Çinin iqtisadiyyatını mümkün sanksiyalardan qorumaq səyləri Tayvanı işğal etməyə hazırlıq ola bilər. 


Modern.az xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristof Rey "Texas A&M" Universitetinin auditoriyası qarşısında deyib.


Onun sözlərinə görə, ABŞ və Çin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini izləyib, bundan dərs alır.

 
"Əgər onlar Tayvanı güc yolu ilə almağa cəhd etmək qərarına gəlsələr, çoxlu sanksiyaların tətbiq olunacağını gözləmək olar. Beləliklə, çinlilər iqtisadiyyatlarını sanksiyadan qorumaq üçün manevr edirlər və biz bu davranışı ipucu adlandırırıq",- FTB direktoru vurğulayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI