Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir Ərdoğan partiya yığıncağında da çıxış edib. “Bir milyondan çox iştirakla, həm AK Parti tarixinin, həm Cümhuriyyət tarixinin, bəlkə də tariximizin ən böyük mitinqini reallaşdırdıq”.
Baş nazir bildirib ki, Suriyada yaralanan birinin fotoşəkili CHP-li millət vəkili tərəfindən “Taksimdə yaralandı” deyə paylanıb. “Bəzi siyasətçilər, sənətçilər, media quruluşları, qeyri-hökumət təşkilatları bunları dövrana soxdular və ya dövriyyədə qalmasına səbəb oldular. Bunu vətəndaşlarımıza qarşı şiddət kimi qələmə verdilər. Polisimiz daha da möhkəmləndirməlidir. Bu hadisələrdən sonra daha çox müdaxilə imkanı təmin edəcəyik. Əlbəttə bu hadisələri araşdırırıq, araşdıracağıq. Hadisələri bütün laylarıyla analiz etməyə davam edəcəyik”.
Ulduz İBRAHİMOVA