Modern.az

Bu sahədə bütün vakansiyalar yalnız qadınlar üçün olacaq - Paşinyan

Bu sahədə bütün vakansiyalar yalnız qadınlar üçün olacaq - Paşinyan

Dünya

6 Aprel 2023, 12:06

Ermənistanda patrul xidmətində çalışan qadınların sayı artırılacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

 

"Patrul xidmətinin sıralarında qadınlar bütün əməkdaşların üçdə birini təşkil etməlidir, lakin bu rəqəmə hələ çatmamışıq", - deyə o qeyd edib.

 

"Yaxın gələcəkdə patrul xidmətində elan olunacaq bütün vakansiyalar yalnız qadınlar üçün olacaq, çünki onların sayı kifayət qədər deyil. Ona görə də tezliklə əlavə işə qəbul elan olunacaq və yalnız zərif cinsin nümayəndələri işə götürüləcək", - Paşinyan söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI