Türkiyədə 14 mayda keçiriləcək parlament seçkilərində "Millət İttifaqı"na daxil olan 6 partiyadan 5-i vahid proporsional siyahı ilə iştirak edəcək.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ittifaqdakı Səadət Partiyası, DEVA Partiyası, Gələcək Partiyası və Demokrat Partiya namizədlərini Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından irəli sürəcək.
İttifaqa daxil olan digər siyasi qüvvə - İYİ Partiya isə seçkilərə "Millət İttifaqı" çərçivəsində ayrıca proporsional siyahı ilə gedəcək.
Qeyd edək ki, 14 mayda parlament seçkiləri ilə yanaşı, Türkiyədə prezident seçkiləri də keçiriləcək və "Millət İttifaqı" bu seçkilərə vahid namizədlə qatılır. İttifaqın namizədi CHP sədri Kemal Kılıçdaroğludur.