Modern.az

Paşinyandan məmurlara xəbərdarlıq: Hədiyyə almayın!

Paşinyandan məmurlara xəbərdarlıq: Hədiyyə almayın!

Dünya

6 Aprel 2023, 12:58

"Ermənistan hökuməti ölkədə xeyriyyəçilik fəaliyyətini tənzimləyəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

 

"Dövlət qurumlarına xüsusi diqqət yetiriləcək, onlara hədiyyələr verilməsi praktikasına son qoyulmalıdır. Ölkənin, məsələn, məktəblər üçün lazım olan hər şeyi almaq imkanı var. Xeyriyyəçilərin yardımı dövlət proqramına uyğun olmalıdır", - deyə Paşinyan bəyan edib.

 

"Bunun üçün Maliyyə Nazirliyi ianələrlə bağlı xüsusi hesab açacaq", - Ermənistan baş naziri əlavə edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI