Modern.az

Azay Quliyevin ATƏT PA-da qətnamə təşəbbüsü böyük dəstək alıb

Azay Quliyevin ATƏT PA-da qətnamə təşəbbüsü böyük dəstək alıb

18 İyun 2013, 17:37

ATƏT PA-nın mətbuat xidməti iyunun 17-də Kopenhagendən azərbaycanlı millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi” adlı qətnamə layihəsi barədə press reliz yayıb (bax: //www.oscepa.org/news-a-media/press-releases/1303-civil).

Yayılan açıqlamada qeyd olunur ki, “vətəndaş cəmiyyətinin hər zaman müzakirələrə əlavə dəyər gətirdiyini” deyən millət vəkili ATƏT PA-na təklif etdiyi qətnamədə üzv dövlətləri QHT-lər və digər vətəndaş cəmiyyəti institutları ilə daha sıx dialoqa və əməkdaşlığı gücləndirməyə çağırıb.
“QHT-lər yalnız müşahidəçi kimi yox, həm də qərar vermə prosesində aktiv rol oynamalıdılar” - deyə A. Quliyev vurğulayıb.
21 ölkədən olan 56 parlament üzvü tərəfindən dəstəklənən qətnamə layihəsi, həmçinin ATƏT-ə üzv olan ölkələri QHT-lər üçün informasiya resurslarından istifadə məhdudiyyətlərini aradan qaldırılmağa və onların maliyyə resurslarının şəffaflığını artırmağa çağırır.

Sözügedən qətnamə layihəsi bu il iyunun 29-dan iyulun 3-dək ATƏT PA-nın İstanbulda keçiriləcək illik sessiyasında səsverməyə qoyulacaq. Açıqlamada o da bildirilir ki,  illik sessiyada qəbul olunan qətnamələr ATƏT-in gələcək siyasətini formalaşdırmasına kömək edir.

Xatırladaq ki, Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA-nın İstanbul sessiyasında müzakirəyə çıxarılan 29 qətnamə layihəsi içərisində dəstək aldığı ölkələrin sayına görə Amerikadan sonra  ikinci yerdədir.

Modern.az  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama