Modern.az

CHP-nin binasına hücum edən şəxs saxlanıldı - YENİLƏNİB

CHP-nin binasına hücum edən şəxs saxlanıldı - YENİLƏNİB

Dünya

17 Aprel 2023, 17:20

CHP İstanbul vilayət təşkilatının binası yaxınlığında atəş açan şəxs yaxalanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı avtomobildə olan və sosial media hesabından canlı yayıma başlayaraq maşının pəncərəsindən silahla atəş açan 23 yaşlı şübhəli Emre D. Sultanqazi ərazisində saxlanılıb.

 

Hazırda araşdırmalar aparılır.

 

***

06.04.2023 / 13:32

 

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul vilayət təşkilatının binasına silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə tviter səhifəsində CHP İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu məlumat verib.

 

O bildirib ki, binaya doğru 6-7 dəfə atəş açılıb. Güllələr tapılmasa da, boş gilizlər aşkarlanıb.

 

"Prokurorluq hadisə ilə bağlı təhqiqatı davam etdirir. Yeni məlumatlar paylaşılacaq", - deyə CHP təmsilçisi qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl İYİ Partiyanın İstanbul təşkilatının binasına silahlı hücum olmuşdu.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI