Modern.az

İsa Qəmbər ATƏT rəsmiləri ilə seçki məsələsini müzakirə edib

İsa Qəmbər ATƏT rəsmiləri ilə seçki məsələsini müzakirə edib

18 İyun 2013, 17:37

Bu gün Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər ATƏT-in Bakı ofisində bu təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilər şöbəsinin baş məsləhətçisi Riçard Lappin, məsləhətçilər Radivoye Qruiç və Raul Luçian Mureşanla görüşüb. Görüş zamanı ölkədə əvvəllər keçirilən seçkilərin beynəlxalq standartlara uyğun olmadığı, hazırda seçkiqabağı mühitin və seçki qanunvericiliyinin demokratik seçkilər keçirməyə şərait yaratmadığı, beynəlxalq təşkilatların seçki qanunvericiliyilə bağlı təkliflərinin Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınmadığı, seçici siyahıları ilə bağlı Dövlət Statistika Komitəsi və Mərkəzi Seçki Komissiyasının verdiyi məlumatlar arasında 1,5 milyon seçici fərqinin olması, seçki komissiyalarının tam şəkildə hakim partiyanın nəzarəti altında olması və beynəlxalq müşahidəçilərin seçkiləri müşahidəsinin təkmilləşməsinə ehtiyac olduğu haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat Partiyası başqanının müavini, partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı da iştirak edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama