Rusiyada siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının sabiq sədri, Dövlət Dumasının vitse-spikeri olmuş Vladimir Jirinovskinin abidəsi ucaldılıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, abidənin postamentində onun sitatı həkk olunub.
Onlardan biri - "Mən həmişə rusları müdafiə edəcəm" - onun 1991-ci ildəki kampaniya şüarı idi.
Qeyd edək ki, Jirinovski ötən il 6 aprel tarixində COVID-19-dan ölüb.