Modern.az

Çin və Fransa liderləri Ukrayna barədə nələr dedi?

Çin və Fransa liderləri Ukrayna barədə nələr dedi?

Dünya

6 Aprel 2023, 14:16

Mən bilirəm ki, Çin Rusiyanı özünə gətirə və onu danışıqlar masasına qaytara bilər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Tsinpinlə danışıqlar zamanı deyib.

 

O, Çinin sülhün qurulmasında mühüm rol oynamalı olduğuna və Rusiya Federasiyasını buna inandıra biləcəyinə əminliyini ifadə edib.

 

Çin lideri də Ukrayna üzrə sülh danışıqlarının mümkün qədər tez bərpa olunmasına çağırıb. O, Çin və Fransa adından beynəlxalq ictimaiyyəti Ukraynada müharibəni qızışdırmaqdan çəkinməyə çağırıb.

 

Tsinpin həmçinin Parislə birlikdə dünya ictimaiyyətini Ukrayna məsələsində rasionallığa və təmkinliyə çağırmağa hazır olduğunu bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI