Modern.az

Putin qondarma qurumun rəhbəri ilə görüşdü

Putin qondarma qurumun rəhbəri ilə görüşdü

Dünya

6 Aprel 2023, 14:52

Rusiya prezidenti Ukrayna ərazilərində yaradılmış qondarma "Donetsk XR" qurumunun "rəhbəri" Denis Puşilini qəbul edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, görüşdə regionla bağlı məsələlər müzakirə olunub.

 

"Rusiya Federasiyasının vəzifəsi Ukrayna Silahlı Qüvvələrini zərər verə bilməyəcəyi bir məsafəyə qədər geri oturtmaqdır. Hərbçilərin vəzifəsi ümumiyyətlə Donbasda döyüşlərin olmamasıdır", - deyə Putin deyib.

 

O əlavə edib ki, bölgədə dəmir yolunun yeni hissələrinin tikintisi planlaşdırılır.

 

Qeyd edək ki, Rusiya "Donetsk XR", "Luqansk XR", Xerson və Zaporojye vilayətlərini ötən il ilhaq etdiyini açıqlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI