Modern.az

Vərəm aşkarlanan məktəbdə şagirdlər peyvənd olundu

Vərəm aşkarlanan məktəbdə şagirdlər peyvənd olundu

6 Aprel 2023, 16:10

31 mart 2023-cü il tarixində Bakı şəhəri 136 nömrəli tam orta məktəbin 8 ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.

 

Məktəbdən Modern.az-a verilən xəbərə görə, məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir.

 

Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu