Azərbaycanda inflyasiya 2022-ci ildəki 13,5%-dən 2023-cü ildə 8,5%-ə qədər azalacaq.
Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında qeyd olunub.
Bank 2024 və 2025-ci illərdə də Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır. Belə ki, 2024-cü ildə ölkədə inflyasiya 6,2%, 2025-ci ildə isə 5,4% təşkil edəcək.