Modern.az

Çin lideri Zelenski ilə danışmağa hazırdır

Çin lideri Zelenski ilə danışmağa hazırdır

Dünya

6 Aprel 2023, 18:56

Çin lideri “vaxt gələndə” Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng etməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makronun Pekində Çin lideri Si Cinpinlə görüşündə iştirak edən fransalı diplomat AFP-yə açıqlamasında bildirib.

 

Diplomat qeyd edib ki, Fransa prezidenti Si Cinpini Rusiyaya Ukrayna müharibəsində istifadə edə biləcəyi heç bir şey verməməyə çağırıb. 

 

Martın 13-də Çin liderinin Moskvaya səfəri öncəsi "The Wall Street Journal" qəzeti yazıb ki, Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Zelenskiyə zəng etmək və ya onlayn görüşmək niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI