Modern.az

Etirazçılar Makronun sevimli kafesini yandırdı - VİDEO

Etirazçılar Makronun sevimli kafesini yandırdı - VİDEO

Dünya

6 Aprel 2023, 21:18

Pensiya islahatına etiraz edən aksiyaçılar Fransa Prezidenti Emmanuel Makronun sevimli kafesini yandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

Parisdə yerləşən "La Rotonde" adlanan kafenin qarşısında etirazçılarla polis arasında toqquşma yaşanıb. Aksiyaçılar polisə butulka və boya atıb.

 

Şəhərin digər hissəsində qara geyimli anarxistlər iki bankın şüşələrini sındırıb, daha sonra polislərə hücum ediblər.

 

Xatırladaq ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını, habelə bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur. Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara səbəb olub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI