Türkiyənin ən böyük döyüş gəmisi gələn həftənin ilk günü istifadəyə veriləcək.
Modern.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir məlumat verib.
"TCG Anadolu" adlı gəminin Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilir. Gəmi zirehli maşınlar, təyyarə, helikopter və pilotsuz uçuş aparatını daşıyacaq.
Gəminin uzunluğu 231 metr, eni 32 metrdir. "TCG Anadolu" gəmisi, həmçinin pilotsuz uçuş aparatlarının uçuşu üçün nəzərdə tutulub.