Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin zəhərlənən şagirdləri evə buraxılıb.
Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
"Qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb", - açıqlamada deyilir.
Qeyd edək ki,şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.