Modern.az

ABŞ-da təyyarə qəzası - Ölənlər var

ABŞ-da təyyarə qəzası - Ölənlər var

Dünya

7 Aprel 2023, 08:00

Meksika körfəzində "Piper PA-32" tipli təkmühərrikli təyyarə qəzaya uğrayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Hadisə nəticəsində dörd nəfər - iki kişi və iki qadın həlak olub. Nəşrin məlumatına görə, ölənlər arasında Amerikanın "Raytheon" silah şirkətinin direktor müavini Ceff Lumpkin və onun həyat yoldaşı da var.

 

Qəza aprelin 5-i axşam saatlarında baş verib. Qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI