Modern.az

Daha bir zəlzələ - Bu dəfə 6,4 bal gücündə

Daha bir zəlzələ - Bu dəfə 6,4 bal gücündə

7 Aprel 2023, 08:47

Sakit okeanda Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 445 kilometr, Severo-Kurilskdən 153 kilometr aralıda 6,4 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

 

Yeraltı təkanları Severo-Kurilsk sakinləri hiss ediblər. Məlumata görə, zəlzələnin ocağı 94,3 kilometr dərinlikdə yerləşib.

 

Daha sonra Severo-Kurilskdən 136 kilometr aralıda 4 maqnitudalı zəlzələ olub.

 

 Tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?