Modern.az

Hücum planını ABŞ və Britaniya hazırlayıb - Vladimir Roqov

Hücum planını ABŞ və Britaniya hazırlayıb - Vladimir Roqov

Dünya

7 Aprel 2023, 12:43

Ukrayna Silahlı Qüvvələrinin Azova hücum planı Böyük Britaniya və ABŞ tərəfindən hazırlanıb.


Modern.az xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.


Roqovun fikrincə, ukraynalı hərbi komandirlər bu oyunda ancaq piyondur. O iddia edir ki, Ukrayna komandanlığı hazırda yalnız kuratorların verdiyi məlumatları səsləndirir:

 

“Onların əsas məqsədi quru dəhlizini və qrupumuzun təchizatını kəsməkdir”.


Buna baxmayaraq, Roqov xatırladıb ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin planlarından və hazırlıqlarından xəbərdardır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI